Kiflənmiş çörək parçası, şüşə qırıntıları, köhnə pal-paltar, butulka, şirə bankaları, daş-qalaq, kirli uşaq bezləri... bütün bu sadalananlara zibillikdə deyil, bir qədər sonra şəhər əhalisinin axınacağı çimərliklərdə rast gəlmək mümkündür. Belə bir mənzərə ilə qarşılaşmaq əlbəttə ki, təəssüfedicidir. Çünki təbiətin bizə bəxş etdiyi sərvətin qədrini bilmir, onu qorumağı bacarmırıq.
ANN.Az-ın fotomüxbiri Şıx qəsəbəsində olub və çimərliyin vəziyyəti ilə maraqlanıb. Həmin ərazidə Xəzərin suyu nisbətən təmiz olsa da, qulluğun bu qədər zir-zibil olması mənfi hal idi.
Min dəfə oxumaqdansa, bir dəfə görmək daha yaxşıdır. Fotolar hər şeyi danışır...
Fotoların müəllifi: Fərqanə Novruzova
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !