"Ağdam" və "Astara"nın partladılması ilə bağlı RƏSMİ AÇIQLAMA

13:00 | 11.08.2014
"Ağdam" və "Astara"nın partladılması ilə bağlı RƏSMİ AÇIQLAMA

"Ağdam" və "Astara"nın partladılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Daxili İşlər Nazirliyi Ukraynada azərbaycanlılara məxsus restoranların separatçılar tərəfindən partladılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, araşdırmalar zamanı müəyyən edilib ki, Ukraynanın Donetsk vilayətinin Strabeşovskiy şəhərində azərbaycanlılara məxsus “Ağdam” restoranının ərazisinə mərmi düşüb. Nəticədə yol ilə keçən bir nəfər yerli sakin həlak olub. Hadisə zamanı azərbaycanlılar arasında ölən və yaralanan olmayıb. E. Zahidov Donetsk vilayətinin Strabeşovskiy şəhərində azərbaycanlılara məxsus “Astara” restoranının partladılması barədə məlumatların təsdiqini tapmadığını qeyd edib.  Qeyd edək ki, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədr müavini Nadir Zeynalov APA-ya açıqlamasında bildirib ki, avqustun 6-dan 7-nə keçən gecə Ukraynanın Donetsk vilayətinin Strabeşovskiy şəhərində azərbaycanlılara məxsus “Ağdam” və “Astara” restoranları separatçılar tərəfindən partladılıb. Qubad Sarıyevə və Tahir Ramazanova məxsus restoranlarda partlayış zamanı tələfat da olub: “Bizdə olan məlumata görə, ölənlər arasında azyaşlı uşaq da var. Lakin hazırda həmin ərazi separatçıların nəzarətində olduğu üçün dəqiqləşdirə bilmirik”. Azərbaycan DİN-in ölkəmizin Ukraynadakı səfirliyindəki nümayəndəsi Şahin Ocaqov APA-ya açıqlamasında bildirib ki, bu barədə məlumat onlara dünən daxil olub və tərəflərindən araşdırma aparılır: “Sadəcə olaraq, həmin ərazi ilə rabitə zəifdir deyə vəziyyəti tam dəqiqləşdirə bilmirik. Vəziyyəti tam araşdırandan sonra tələfatla bağlı dəqiq məlumat olacaq”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM