"Azərbaycan və Ermənistan qadınları arasında görüş olacaq"

14:46 | 29.11.2013
"Azərbaycan və Ermənistan qadınları arasında görüş olacaq"

"Azərbaycan və Ermənistan qadınları arasında görüş olacaq"

“Mən APA İnformasiya Agentliyinə açıqlamamda fikrimi düzgün ifadə etməmişəm. İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş keçirilməyəcək”.Bunu APA-ya açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib. Novella Cəfəroğlu deyib ki, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzinin təşkilatçılığı ilə 1-5 dekabr tarixlərində İstanbulda Qarabağın azərbaycanlı və erməni icması arasında yox, Azərbaycan və Ermənistandan olan qadınlar arasında görüş olacaq. Qeyd edək ki, Novella Cəfəroğlu noyabrın 27-də APA-ya açıqlamasında bildirib ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzi 1-5 dekabr tarixlərində İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş təşkil edəcək. Görüşün nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanmış məktub hazırlanacaq, məktubun mahiyyəti daha sonra açıqlanacaq. Məktub gələn ilin yanvar ayında Vyanada keçirilən görüş zamanı həmsədrlərə çatdırılacaq. Yanvar ayında Brüsseldə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşdə də ona bu məktub təqdim olunacaq. İstanbulda keçiriləcək görüşdə Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Qadınların Rasional İnkişaf Birliyinin sədri Rəna Tahirova, “Yuğa” Gənclər Təşkilatının sədri Pərvanə Məmmədova da iştirak edəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti