"Bakı" futbol klubu Azərbaycan Topaz Premyer Liqasını tərk edir, "Rəvan" onu əvəzləyir.
ANS PRESS-in məlumatına görə, "Bakı" lazımı sənədləri PFL-ə təqdim etmədiyi üçün, Premyer Liqa oyunlarında iştirak edə bilmir. PFL-in paytaxt klubuna verdiyi 5-6 gün müddətində isə nəyinsə dəyişəcəyi elə də inandırıcı görünmür.
Əldə edilən xəbərə görə, AFFA bu məsələni həll etmək üzrədir. Belə ki, çox yaxın zamanda "Bakı"nın Premyer Liqada iştirakı dayandırılacaq və əvəzində "Rəvan" əsas liqaya yüksələcək.
Artıq "Rəvan" rəhbərliyinə bəzi göstərişlər də verilib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !