• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

"BMT Suriyaya dair sadəcə bəyanat səsləndirir"

"BMT Suriyaya dair sadəcə bəyanat səsləndirir"
15.02.2014 16:08
ABŞ dövlət katibi Con Kerri Suriyada hər gün onlarla insanın ölümünə səbəb olan döyüşlərə münasibətində bu cür açıqlama verib"Birləşmiş Millətlər Təşkilatının Suriyadakı vəziyyətlə bağlı bəyanatından sonra bu ölkədə yaşananlar hər gün daha da dramatik xarakter alır. BMT rəsmilərinin bəzi ölkələrin müxalif mövqeyinə görə vəziyyətlə əlaqədar gördüyü yeganə tədbir isə bəyanat səsləndirməkdən ibarət oldu".Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Suriyada hər gün onlarla insanın ölümünə səbəb olan döyüşlərə münasibətində bu cür açıqlama verib. Çinin paytaxtı Pekində çıxışı zamanı Kerri bütün dünya ictimaiyyətinə müraciət edərək insanları Suriyadakı acınacaqlı vəziyyətə qarşı tədbirlər görməyə çağırıb."Dünya ictimaiyyəti ayağa qalxmalı və hər gün zorakılıqların qurbanı olan insanlara tərəfdar çıxmalıdır. Döyüşlər bir tərəfdən, aclıq və əsarət isə digər bir tərəfdən mülki vətəndaşları çıxılmaz vəziyyətə salıb".İsveçrənin Cenevrə şəhərində davam edən sülh danışıqlarının bu dəfəki, mərhələsi də uğurlu nəticələr doğurmayıb. Suriyanın müxalifət təmsilçisi olan Milli Şura hazırkı hökumət nümayəndələri ilə danışıqların çıxılmaz vəziyyətə düşdüyünü bildirib.Bu arada, Dəraa vilayətində hökumət qüvvələrinin üsyançılara qarşı hava əməliyyatları zamanı Yədudə kəndi barel bombalarının hədəfi olub. Aviazərbələr nəticəsində 30-a yaxın insan ölüb.Homs şəhərində isə, insanların təxliyəsi prosesi ötən gün də davam edib. Məcburi köçkünlər BMT nümayəndələrinin təşəbbüsü ilə daha təhlükəsiz yerlərdə yerləşdirilib, ərzaq və tibbi vasitələrlə təmin ediliblər. Məlumata görə, ümumilikdə, ölkədə 250 minə yaxın insan döyüşlərin əsasrətində qalıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Dünya 15:43
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol