Yenidən "Böyük yeddilik" formatı olan ölkələrin liderləri bu gün görüşəcək"Böyük Yeddilik" ölkələrinin liderləri bu gün Niderlandın Haaqa şəhərində Krımın Rusiyaya ilhaq edilməsini müzakirə edəcəklər. "Böyük səkkizlik" formatının dəyişdirilərək, Rusiyanın bu formatdan çıxarılması da elə Krımın anneksiyasına reaksiya olaraq qiymətləndirilir. Daha əvvəl sammitin tamamilə Nüvə Təhlükəsizliyinə həsr ediləcəyi planlaşdırılsa da, sonradan Krımla bağlı reaksiyanın vacibliyi nəzərə alınaraq, əsas mövzu dəyişdirilib. Müşahidəçilər hesab edirlər ki, Soyuq Müharibənin başa çatmasından sonra yaradılmış "Böyük Səkkizlik" formatından imtina edilməsi Moskvanın uzunmüddətli siyasi və iqtisadi təcridolunma ilə üzləşəcə biləcəyindən xəbər verir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !