"Financial Times": "Ərdoğan prezidentliyə namizədliyini verəcək"

16:24 | 31.03.2014
"Financial Times": "Ərdoğan prezidentliyə namizədliyini verəcək"

"Financial Times": "Ərdoğan prezidentliyə namizədliyini verəcək"

Türkiyədə 30 mart bələdiyyə seçkilərinin nəticələrinə İngilis mətbuatında geniş yer ayrılıb

Bütün Türkiyənin hətta dünyanın maraqla gözlədiyi 30 mart bələdiyyə seçkilərinin nəticələrinə İngiltərə mətbuatında geniş yer ayrılıb. ANS PRESS-in məlumatına görə, "Financial Times" seçkidən sonra Gülən camaatına sərt tədbirlərin tətbiq ediləcəyini yazıb.

Nəşrin "Ərdoğan seçkilərdə qələbəsini elan etdi" başlığı ilə yayımladığı məqalədə baş nazir Ərdoğanın zəfər elanının düşmənlərinə qarşı qısa müddətdə tədbir alacağı təəssüratı oyandırdığı qeyd edilib. 

Qəzetin İstanbuldakı müxbiri Daniel Dombey Ərdoğanın düşmənlərini korrupsiya istintaqının və bir sıra gizli məlumatın sızdırılması ilə günahlandırdığını xatırladır. Dombeynin diqqət çəkdiyi bir başqa məsələ isə Ərdoğanın prezidentliyə namizədlik verəcəyi ehtimalı ilə bağlıdır. 

"Financial Times"a görə, Ərdoğan Gülən camaatının mənsublarına qarşı yaxında hərəkətə keçəcəyi siqnalını verib: "Qaçanlar qaçdı. Bəziləri sabah da qaça bilər. Bunun hesabını ödəyəcəksiniz. Əvəzini ödəyəcəksiniz".

Ərdoğanın prezidentliyə namizəd ola biləcəyinin siqnalı isə bu sözlərdə gizlidir: "Bundan sonra da bu can, bu bədəndə olduqca üzərimizə hansı əmanət yüklənsə də allahın izni ilə ona sədaqətlə sahib çıxmağa çalışacağıq".

"Daily Telegraph" isə "Baş nazir Rəcəb Tayyib Ərdoğan zəfərini elan etdi" başlıqlı məqalə dərc edib. "Times" isə Ərdoğanın zəfərini "Böhranın sarsıtdığı Ərdoğan seçki zəfərini elan etdi" adlı başlıqla yayımlayıb.

"Guardian" qəzeti Türkiyədəki yerli seçkilərin baş nazir Ərdoğanın məşhurluğunu ölçən bir barometr olaraq görüldüyünü qeyd edib. Nəşrə görə, Ərdoğan seçkilər sonrası güc mübarizəsində daha da çox hakimiyyət təmin etməyə çalışacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti