Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsində təmir-bərpa, eləcə də xətlənmə işləri tam yekunlaşıb.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, bununla da, adıçəkilən küçədə aparılan təmir-bərpa işləri tam olaraq yekunlaşıb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !