Bunu Türkiyədə Ergenekon və Balyoz iddialarını yaradanlardan biri deyib
Türkiyə Ordusunun keçmiş Baş Qərargah rəisi İlkər Başbuğu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan həbs etdirib.
ANS PRESS-in məlumatına görə bunu Türkiyədə Ergenekon və Balyoz iddialarını yaradanlardan biri, təqaüdçü kəşfiyyatçı Əli Fuat Yılmazer söyləyib: “İlker Başbuğun həbs edilməsini Ərdoğan istədi. Ergenekonla bağlı bütün istintaq posseslərindən baş nazirin xəbəri olub. Bütün əməliyyatları Ərdoğan dəstəkləyib”.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Ordusunun keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ həbsdən azad edilib. Azadlığa çıxdıqdan sonra Ərdoğan ordu generalına zəng vuraraq "keçmiş olsun" demişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !