• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

"İran vətəndaşı ilə bağlı yayılan fotolar qondarmadır" - Rəsmi Açıqlama

"İran vətəndaşı ilə bağlı yayılan fotolar qondarmadır" - Rəsmi Açıqlama
20.11.2013 13:27
Daxili İşlər Nazirliyi Azərbaycanda saxlanılan İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin işgəncələrə məruz qalması barədə məlumatlara münasibət bildirib.Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov APA-ya bildirib ki, İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin Bakının Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Yerində guya işgəncələrə məruz qalması barədə bu ölkənin "Aran" agentliyi tərəfindən yayılan və ölkəmizdəki bəzi KİV-lərdə getmiş məlumatların heç bir əsası yoxdur. “Araşdırmalar zamanı Həsən Fərəci izahatında saxlanma şəraitindən, ona olan münasibətdən narazılığının olmadığını, burada saxlandığı müddətdə özünə qarşı hər hansı təzyiqin, işgəncənin, şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərin baş vermədiyini bildirib. Onu da qeyd etməliyəm ki, məlumatda verilmiş və Həsən Fərəci olduğu iddia edilən fotoşəkil də qondarmadır, ona aid deyil və qəsdən oxucunu aldatmağa yönəlmiş cəhddir. Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu dezinformasiya yayılana qədər Həsən Fərəci ilə görüş üçün nə müdafiəçisi, nə də yaxınları tərəfindən polis orqanlarına heç bir müraciət daxil olmayıb. Belə bir müraciət olunarsa, mövcud təlimata uyğun olaraq onunla görüşlərin keçirilməsi təmin edilər”, – deyə S. Gözəlov bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol