Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi” Gürcüstanın "Çixura” komandasının qonağı olacaq.
Bu klublar arasında ilk görüş bir həftə əvvəl Bakıda baş tutub və matç qolsuz bərabərliklə başa çatıb. "Neftçi" mərhələ adlamaq üçün səfərdə mütləq qol vurmalıdır.
Flaqman yay hazırlığı dövründə yoxlama oyunları zamanı "Neftçi" "Çixura" ilə 2 dəfə qarşılaşıb. Əvvəlcə Gürcüstan komandası 3:2 hesablı qələbə qazanıb, növbəti matçda isə qalib müəyyənləşməyib (1:1).
Azərbaycanlı futbol mütəxəssisi Yunis Hüseynov "Çixura”-"Neftçi” matçı barədə publika.az-a danışıb.
Təcrübəli mütəxəssis komandamızın növbəti mərhələyə yüksəlmək şanslarını dəyərləndirib: “Neftçi" "Çixura"ya qalib gəlməli idi. Hamı kimi mən də komandamızdan ancaq qələbə gözləyirdim. Əfsuslar olsun ki, bu, baş vermədi. "Neftçi"nin qol vurmaq imkanları çox oldu, amma bundan yararlana bilmədi.
Ümid edirəm ki, bu dəfə fərqli olacaq. "Neftçi" əzmkar oyunu ilə qalib gələcək. "Koper"lə cavab matçında olduğu kimi bu dəfə də bizi sevindirəcək. Amma bu çox çətin olacaq. Çünki "Çixura" da oynamağı bacarır. Yaxşı oynamağı bilən komandadır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !