"Jurnalistika fakültəsində ingilis dili bölməsi yaradılır" - BDU-nun dekanı

16:50 | 28.08.2014
"Jurnalistika fakültəsində ingilis dili bölməsi yaradılır" - BDU-nun dekanı

"Jurnalistika fakültəsində ingilis dili bölməsi yaradılır" - BDU-nun dekanı

"Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ingilis dilli bölmə yaradılması planlaşdırılır". Bunu Modern.az-a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev deyib. Onun sözlərinə görə, hazırda ingilis bölməsini qarşılamaq üçün hazırlıq işləri gedir:

"Hazırda biz tədrisə hazırlıq işləri ilə, onların tədris planının proqram sənədlərinin hazırlanması ilə məşğuluq. İxtisaslı, dil bilən kadrlarımız var. İxtisas fənlərindən ingiliscə dərs deyəcəklər. Qeyri-ixtisas fənlərini tədris etmək üçün müvafiq kafedralardan müəllimlər cəlb olunacaq. Bildiyimiz qədəri ilə 7 nəfər qeydiyyatdan keçib".Fakültənin "Radio və Jurnalistika" kafedrasının müdiri Aynur Kərimova deyir ki, dərs deyəcək müəllimlərin xaricdə magistr təhsili almasına önəm veriləcək:"İngilis bölməsində təhsil alacaq tələbələr üçün xüsusi kurikulum hazırlanıb. Dərsliklərdə problem yoxdur. Onlara dərs deyəcək müəllimlərin xaricdə magistr təhsili almasına önəm veririk. I semestrdə ixtisasla bağlı "Jurnalistikaya giriş", II semestrdə isə 3-4 ixtisas fənni keçilməsi planlaşdırılır. Əlimizdə ixtisaslı kadrlar var. Özümüzdə müəllimlər üçün akademik səviyyədə ingilis dili kursları təşkil etmək istəyirik".Qeyd edək ki, bu il jurnalistika fakültəsinə qəbul imtahanı qabiliyyət yolu ilə aparılıb. Ümumilikdə 47 nəfər bu ixtisası, onlardan 40-ı da BDU-nu seçib. Onlardan 26-sı əyani Azərbaycan bölməsi, 3 əyani rus bölməsi, 7 ingilis bölməsi tələbəsi, 4 nəfəri isə qiyabiçidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür