Transfer çalışmalarını davam etdirən "Liverpul" klubu "Barselona"nın iki futbolçusuna "elçi" düşüb.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Liverpul təmsilçisi Katakoniya klubundan Adriano və Aleks Sonqu heyətinə qatmağı planlaşdırır.İngiltərə klubu artıq bu futbolçuların transferi ilə bağlı rəsmi danışıqlara start verib. Lakin "Barselona"nın baş məşqçisi Luis Enrike adı çəkilən futbolçularla yolları ayırmağı düşünmür. Bununla belə, "Liverpul"un yüksək məbləğ təklif edəcəyi təqdirdə bu transferin baş tutacağı bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !