Bu gün Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində son görüşlər keçirilir. Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda paytaxtın "Neftçi" klubunu qəbul edib.
İlk qol bakılılardan gəlib. 29-cu dəqiqədə Bahodir Nasimov fərqlənib. 64-cü dəqiqədə özbəkistanlı futbolçu dubla imza atıb.
71-ci dəqiqədə Lorense Ebesilio hesab arasındakı fərqi azaldıb - 1:2. Son dəqiqələrdə isə "Qəbələ" futbolçularının hesabı bərabərləşdirməsinə dirək mane olub.
Beləliklə, son 5 oyunda qələbə üzünə həsrət qalan "Neftçi" Qəbələdən 3 xalla ayrılıb.
Turun son qarşılaşmasında isə "Qarabağ" və "Bakı" komandaları üz-üzə gələcəklər.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !