"Neftçi"nin rəqibi məşqi yenə boykot etdi

11:00 | 15.08.2014
"Neftçi"nin rəqibi məşqi yenə boykot etdi

"Neftçi"nin rəqibi məşqi yenə boykot etdi

Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubunda böhran davam edir.Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, Belqrad təmsilçisinin futbolçuları artıq üçüncü dəfə məşqə çıxmaqdan imtina ediblər.Ötən gün rəhbərlik klubun baş məşqçisi Marko Nikoliç və kapitan Saşa İliçlə görüş keçirib. Həmin görüşdə tezliklə futbolçuların maaşlarının ödəniləcəyi ilə bağlı zəmanətin veriləcəyi gözlənilsə də, rəhbərlik oyunçulardan bir qədər də vaxt istəyib. Klub rəhbərliyi yaxın iki-üç gün ərzində borcların ödənilməsinin mümkün olmadığını, lakin transferlərdən və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqları təqdirdə əldə olunacaq gəlir hesabına futbolçuların maaşlarını verə biləcəklərini bildirib. Futbolçular isə maaşlarını almayana qədər boykotu davam etdirəcəklərini söyləyiblər. Qeyd edək ki, "Partizan" klubu avqustun 21-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında cavab qarşılaşması isə avqustun 28-də, Bakıda keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti