• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"Qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyur"

"Qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyur"
26.12.2013 17:21
Azərbaycanın bəzi rayonlarında qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyurlar. Bu da çox böyük problemdir. Nəticədə 10 ildən sonra Azərbaycanda böyük boşluq əmələ gələcək.APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2013-cü il üçün yekun kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, bəzi rayonlarda qadınlar yazmağı, oxumağı bacarmır, bəziləri, hətta öz adlarını belə yaza bilmir.Onun sözlərinə görə, mühüm problemin həlli istiqamətində Təhsil Nazirliyi ilə birgə tədbirlər görülməli, onlar üçün maarifləndirici tədbir və treninqlər keçirilməlidir.Komitə sədri ölkədə sahibkarlığın inkişafı və burada qadınların iştirakının çox vacib bir məsələ olduğunu vurğulayıb:“Bir çox rayonlarda güclü sahibkar qadınlarımız var. Onlardan istifadə edərək digər qadınları da sahibkarlığa cəlb etmək lazımdır. Lakin bu gün təsərrüfatla məşğul olmaq istəyən qadınlarımız çox azdır. Əslində kənd yerində hər bir qadın təsərrüfat işləri ilə məşğul olaraq ailəsini dolandıra bilər. Rayonlarda isə 30-35 yaşında qadınlara işləməyi təklif etdikdə, xəstə olduqlarını bəhanə gətirirlər. Nə oldu, hamı birdən xəstə oldu? İnsanların düşüncəsində belə bir fikir formalaşıb ki, dövlət mənə borcludur. Amma heç bir dünya ölkəsində bu cür düşüncə tərzi yoxdur. Ən böyük problem bundadır ki, bəzi rayonlarda qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyurlar. 10 ildən sonra Azərbaycanda bu sahə ilə bağlı böyük boşluq əmələ gələcək. Ona görə ki, oxumayan qadınlar övladlarını da oxumağa qoymurlar. Qadınların fəallığından danışarkən onların təhsilinə və sağlamlığına ilk növbədə fikir verməliyik. Yalnız o zaman qadınların çox böyük nailiyyətləri olacaq. Hər rayonda müəyyən sayda qadın sahibkar olmalıdır. O zaman hansısa fəaliyyət nəticəsində nailiyyətlərin şahidi ola bilərik”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol