"Yuventus" üzərindəki qələbə ilə Çempionlar Liqasında adını 16 komanda arasına yazan "Qalatasaray" qış transfer pəncərəsində heyətini gücləndirmək istəyir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini İtaliya A Seriyasında oynayan 2 futbolçunu İstanbula gətirmək niyyətindədir.
Mançini rəhbərlikdən "Qalatasaray"ın müdafiə və cinahlardakı mövqelərini gücləndirmək üçün "Kaqliari" klubunun 26 yaşlı futbolçusu David Astorini transfer etməyi istəyib. Artıq "Qalatasaray" rəhbərliyi bu futbolçu üçün hərərkətə keçib.Bu arada məlum olub ki, Moskvanın "Lokomativ" klubu da David Astorini hədəfə alıb.
"Parma"nın 25 yaşlı futbolçusu Conatan Biabiani də Mançinin sərəncamında görmək istədiyi oyunçudur. Müdafiənin sağ cinahında oynayan futbolçu üçün də "Qalatasaray" "Parma"ya transfer təklifi edib. İlkin danışıqların da baş tutduğu bildirilir.
ANN.Az