"Qanuni oğru" öldü

10:55 | 11.01.2014
"Qanuni oğru" öldü

"Qanuni oğru" öldü

Ermənistanın Gümrü şəhərində keçmiş “qanuni oğru” Asatur Petrosyan ölüb. Kriminal aləmdə Aso Leninakanski ləqəbi ilə tanınan “qanuni oğru” son zamanlar agır xəstəlikdən əziyyət çəkirmiş. Bir neçə dəfə əməliyyat edilən Aso 1972-ci ildə “taclandırılıb”.1995 -1999-cu illərdə Amerikada yaşayıb. Kriminal aləmin “xaç atası” Aslan Usoyanla Rudikin münaqişəsi zamanı Aso ikincinin tərəfini saxlayıb. Hətta bir “sxodka”da iştirakdan sonra Ded Xasan tərəfdarları onun “qanuni oğru” statusunun alınması barədə qərar verib. Rudikin ölümündən sonra Aso bir neçə erməni “qanuni oğru” ilə bərabər tacdan məhrum edilib.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür