"Rusiya Ukranyaya təcavüzün yeni formasını tapıb"

20:30 | 12.08.2014
"Rusiya Ukranyaya təcavüzün yeni formasını tapıb"

"Rusiya Ukranyaya təcavüzün yeni formasını tapıb"

Washington Post qəzeti baş məqaləsində yazır ki, Qərb Rusiyanın Ukraynaya “humanitar” təcavüzünə qarşı çıxmalıdır. Rusiya Ukranyaya təcavüzün yeni formasını tapıb. Bu da humanitar əməliyyatdır.

ABŞ prezidenti Obama və Qərb liderləri həyəcan təbili çalır. Xəbərdarlıq edirlər ki, bu, yolverilməzdir, bunun Rusiya üçün əlavə nəticələri olacaq. Digər tərəfdən, Ukrayna prezidenti Petro Poroshenko Qızıl Xaç Təşkilatının rəhbərliyi altında və  qeyri-hərbi yardım əməliyyatına razılaşıb.Bunların Rusiya prezidenti Putinin qarşısını ala biləcəyi aydın deyil. Ancaq qəzet hesab edir ki, Qərb Rusiya hərbçilərinin Ukraynaya keçməyə başlamasına hazır olmalıdır.Qəzet onu da yazır ki. Obama Poroshenkoya zəng edərək mülki əhali arasında tələfata yol verməmək üçün Ukrayna ordusunun apardığı hərbi əməliyyatda ehtiyatlı və təmkinli olmağa çağırıb. Şərqi Ukraynada dağıntı çox olduqca Putinin yardım  bəhanəsi ilə təcavüzünün ehtimalı artır.Azadlıq Radiosu

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM