"Soma qurbanları"nın sayı 301 oldu - RƏSMİ AÇIQLAMA

14:57 | 17.05.2014
"Soma qurbanları"nın sayı 301 oldu - RƏSMİ AÇIQLAMA

"Soma qurbanları"nın sayı 301 oldu - RƏSMİ AÇIQLAMA

Bu saatlarda Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlər üçün növbəti brifinqini keçirib. ANN.Az xəbər verir ki, o, mədəndə qalan və çıxara bilmədikləri 2 işçinin yerinin müəyyən edildiyini bildirib.

Bununla da faciə qurbanlarının sayı rəsmi olaraq 301 nəfərə çatıb. 484 işçinin həyatı isə qurtarılıb. T.Yıldız bildirib ki, bu gün həmin işçilərin cəsədləri mədəndən çıxarılacaq. Nazir əlavə edib ki, bu gün daha 10 cəsədin DNA testi tamamlanıb ailələrinə təslim ediləcək.

Nazir onu da əlavə edib ki, bu gun mədəndə baş verən yanğın hadisəsinin qarşısı da alınıb.

Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti