Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna xalqına müraciət edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, Avropa yolundan Ukraynanı heç kimin döndərə bilməyəcəyini bəyan edib.
“Mən heç vaxt ölkəmin və xalqımın ziyanına addım atmayacam. Ölkə vətəndaşlarının iradəsi verəcəyim qərar üçün əsas olacaq. İstəyirəm ki, bunu hamı bilsin”, - deyə o vurğulayıb.
APA
Bizi sosial şəbəkələrdə izləyin !