Oğuz Çətin "Sumqayıt"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi oyunu çevirə bilmədiklərinə görə məyus olub:
“Öz meydançamızda oynadığımız matçda tək bir məqsədimiz var idi. Qələbə qazanmalıydıq, eyni zamanda öz oyunumuzu göstərməli idik. Biz yaxşı bir komandayıq. Məğlub olsaq da, irəlidəki turlar üçün həyəcanlı deyilik. Amma futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə üzülürük. İki həftə içində 5 xal itirdik. “Simurq”la oyunda bu işə son vermək lazımdı. Biz necə bir komanda olduğumuzu göstərməliyik".
Qaynar.info
Bizi sosial şəbəkələrdə izləyin !