"Yandeks"ə görünməmiş zərbə

21:00 | 08.09.2014

"Yandeks" poçt xidmətinin 1 milyondan çox istifadəçisinin parol siyahısı açıq girişdə yerləşdirilib. "Xabraxabr" resursunun müəlliflərindən biri bunu aşkarlayıb.

 

"Bu gün kifayət qədər tanınmış resursda "Yandeks"in poçt qutusunun parollarla birgə e-mail ünvan bazasını yerləşdiriblər. Baza mətn sənədindən ibarətdir" – müəllif deyib. "Xabraxabr"ın müəllifi, həmçinin yazıb ki, "Yandeks"in poçtunda öz elektron qutusunun parolunu aşkar edib.

 

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Yandeks" Rusiyanın ən populyar axtarış sistemi və internet portalına malik olan internet şirkətidir.

 

ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM