ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Berlin Dövlət Kitabxanasında saxlanan və uzun müddətdən bəri Məhəmməd peyğəmbərin həyatında ikən yazıldığı təxmin edilən nüsxələr elmi olaraq isbatlanıb. Sürixdə yerləşən bir laboratoriyada aparılan araşdırma zamanı 7 səhifədən ibarət pergament üzərində yazılmış "Quran" nüsxələrinin bizim eranın 606 - 652 illər arasında qələmə alındığı müəyyənləşdirilib.
Almaniya Dövlət Kitabxanasının mətbuat katibi Jeanette Lamble nüsxələrin "Corpus Coranicusm" adlı geniş miqyaslı və uzun müddətli bir araşdırma layihəsi çərçivəsində, Sürixdəki bir laboratoriyada təhlil olunduğunu təsdiq edib. Bu layihə bütün Avropada olan "Quran" nüsxələrini elmi olaraq araşdırır.
Berlindəki bu "Quran" nüsxələrinin təxminən ötən əsrdən bəri Dövlət Kitabxanasında olduğu bildirilir. Misirin paytaxtı Qahirədə yaşayan bir elm adamına miras qalan nüsxələr 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində Almaniyaya gətirilib.
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !