"Futbolçularımız sona qədər mübarizə apardılar. Alqışa layiq idilər".
AzVision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən gün "Olimpiya klubu ilə keçirilən oyuna münasibət bildirərkən deyib.
"Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bundan sonra çətin oyunlar bizi gözləyir. Hər rəqibə qarşı ciddi hazırlaşacağıq. Və hər bir halda biz hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidilər. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız" - deyə Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, ötən gün "Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniya çempionu "Olimpiya”nı qəbul edib.Səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu ikinci görüşdə qolsuz bərabərə qalıb və növbəti mərhələyə yüksəlib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !