• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: "Ən vacib amil "Qalatasaray"la görüşün mahiyyətidir"

Qurban Qurbanov:
25.03.2023 21:30
"Ən vacib amil görüşün mahiyyətidir. Bu oyun Türkiyədəki zəlzələdən sonrakı durum üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis matça ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda çox gözəl ab-hava gördüyünü bildirib: "Təşkilatçılara təşəkkür edirəm. Məlumatım var, klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Mənim üçün çox xoş oldu. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşmadır".

Bakıda İstanbul klubunun azarkeşlərinin çox olduğunu xatırladan Qurbanov hamının bu matçı gözlədiyini söyləyib: "Azərbaycan tərəfdən Türkiyəyə nə lazım olsa, biz hər zaman hazırıq. Allah heç kimə belə fəlakət göstərməsin. Türkiyə xalqına səbr diləyirəm. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, hamı bu qarşılaşmadan zövq alsın".

Təcrübəli baş məşqçi heyətdə edəcəyi mümkün rotasiyalara da toxunub: "Oyunçularımızın sayı azdır. Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq. Bilirsiniz ki, keçmiş "Qarabağ"lıları heyətimizə dəvət etmişik. Yalnız qapıçı Anar Nəzirov bu mənada istisna təşkil edir. Digərləri - Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizim öz uşaqlarımızdır. "Sabah"dan legioner dəvət etmək fikrimiz var idi. Son anadək gözlədik ki, əlimizdəki oyunçuların durumunu bilək. Dünən qəti qərarımı verdim. Murad Musayev, Elmar Baxşıyev və Ayxan Abbasovun müsahibələrini oxudum, Cavid Hüseynov və digərləri ilə danışdım. Hər birinə təşəkkür edirəm. Dünən Murad Musayevlə söhbətimiz oldu. Necə oyunçu lazımdırsa, verməyə hazır olduqlarını bildirdi. Amma çox futbolçu götürmək istəmədik".

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medallar qazanıblar
İdman 18:00
Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medallar qazanıblar
Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib
İdman 13:54
Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib
Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı start götürür
İdman 08:59
Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı start götürür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol