“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Latviyanın “Riqa” klubuna 55:96 hesabı ilə uduzub, Report bildirib.
H qrupunun yeddinci turunun oyunu Latviyada keçirilib.
“Neftçi” yeddi oyundan birində qalib gəlib, altısında məğlub olub. Bakı klubu səkkiz xalla qrupda sonuncu pillədədir.
























