"Qarabağ" klubunun baş məşqçisi oyundan öncə Avstriyada mətbuata açıqlama verib.
ANS PRESS-in məlumatına görə, təcrübəli mütəxəssis bu günkü oyunla bağlı iddialı danışıb. O bildirib ki, bu gün çox çətin oyun olacaq: "İlk oyunda qələbə qazanmışıq, amma sabahkı oyunda favorit kimi "Zalsburq" klubu göstərilir. Bu da rəqibin nə qədər ciddi rəqib olduğunu ortaya qoyur. Son günlərdə ölkəmizdə çox ağır hadisələr baş verir və təbii ki bu, hamımızı məyus edir, amma çalışacağıq ki, komandamız bu hadisələrdən təsirlənməsin".
Qurban Qurbanov qeyd edib ki, klubda bir sıra itkilər var və ona görə də müdafiədə çox diqqətli oynamağa çalışacağıq: "İlk oyunda azarkeşlərimizin möhtəşəm dəstəyi var idi. Bu gün böyük ehtimalla "Zalsburq" azarkeşləri də komandalarını daha çılğın formada dəstəkləyəcək. Son olaraq bunu deyim ki biz Avstriyaya məğlub olmaq üçün gəlməmişik".
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Oyunun baş hakimi şotlandiyalı Robert Maddendir.
ANN.Az