• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

Qurban Qurbanov: "Yanq Boyz" maraqlı komandadır

Qurban Qurbanov:
07.08.2015 20:34
"İndidən yalnız "Yanq Boyz" haqqında düşünmək doğru olmaz. Trend-in "Qarabağ" futbol klubunun saytına istinadən verdiyi məlumata görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları İsveçrənin "Yanq Boyz" klubu ilə oyunu şərh edərkən deyib.

Baş məşqçi qeyd edib ki, avrokubokun bu mərhələsində zəif rəqib olmur: "Püşkatmadan sonra "Yanq Boyz” haqqında kiçik araşdırma apardım. Maraqlı komandadır. Zəngin Avropa təcrübəsinə malikdirlər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var".

Onun sözlərinə görə, ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindir: "Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadır. Onun əsl gücünü onda görürsən. Bizi qarşıda "Qəbələ” ilə çətin çempionat oyunu gözləyir. Həmçinin "Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız "Yanq Boyz” haqqında düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi "Qəbələ” ilə matça yönəltmişik".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurban Qurbanovdan qələbə şərhi
İdman 23:16
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib
İdman 21:45
“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib
"Traktor" İran Superkubokunun qalibi olub
İdman 23:05
"Traktor" İran Superkubokunun qalibi olub
"Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - Yenilənib
İdman 23:54
"Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - Yenilənib
“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır
İdman 00:10
“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır
Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
İdman 23:30
Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
İdman 21:30
Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
Mahir yeni klubunda ilk rəsmi matçında çıxır
İdman 21:00
Mahir yeni klubunda ilk rəsmi matçında çıxır
Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
İdman 22:33
Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol