Qurban Qurbanovdan texniki məğlubiyyət AÇIQLAMASI

11:00 | 11.08.2014
Qurban Qurbanovdan texniki məğlubiyyət AÇIQLAMASI

Qurban Qurbanovdan texniki məğlubiyyət AÇIQLAMASI

“Dünən Topaz Premyer Liqasının açılış turu idi. Oyunun 59-cu dəqiqəsində futbolçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi”.

Apasport xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu. “Qarabağ” bu gün çempionatın ilk turunda səfərdə “Sumqayıt” üzərində 3:0 hesablı qələbə qazansa da, texniki məğlubiyyət alacaq. Buna səbəb isə Ağdam təmsilçisinin legioner limitini pozmasıdı.“Belə ki, öncə Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm” – deyə, Qurbanov klubun saytına açıqlamasında bildirib.Xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni, elita klubları eyni vaxtda 6 legioner +5 yerli futbolçu oynada bilərlər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti