Noyabrın 15-də gecə Ağdamda baş verən zəlzələdən sonra 150-dən çox təkan qeydə alınıb.
Bunu Trend-ə özəl olaraq AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, təkanlar Ağdam, Bərdə, Tərtərdə qeydə alınıb:
"Təkanlar dərinlik qırılmaları boyunca olub. Bu gecə 6-7 təkan qeydə alınıb. Bunlar Tərtərdə, Bərdədə olub. Bu təkanlar enerji boşalmasıdır. Onların gücü çox zəif olub, həmin təkanlar hiss edilməyib, yalnız cihazlar qeydə alıb”.
Q.Yetirmişli Azərbaycanın digər ərazilərində seysmoloji durumun sabit olduğunu söyləyib.
Qeyd edək ki, noyabrın 15-də saat 23:48-də Ağdam rayonunda 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.
Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !