Qurbanovun FİFA-da kimə səs verdiyi bilindi

18:16 | 25.09.2018
Qurbanovun FİFA-da kimə səs verdiyi bilindi

Qurbanovun FİFA-da kimə səs verdiyi bilindi

Xəbər verdiyimiz kimi, FİFA ilin ən yaxşılarını açıqlayıb.

Axar.az xəbər verir ki, qurum öz saytında səsvermənin nəticələrini yerləşdirib.

İspaniyanın "Real Madrid” klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 9 namizədi (Kristiano Ronaldo, Məhəmməd Salah, Kilian Mbappe, Lionel Messi, Antuan Qrizman, Eden Azar, Kevin de Bruyne, Rafael Varan və Harri Keyn) qabaqlayaraq FİFA versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir.

Səsvermədə Azərbaycan millisinin kapitanı Kamran Ağayev Ronaldoya 5 xal, Salaha 3 xal, Messiyə 1 xal, millimizin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qrizmana 5 xal, Modriçə 3 xal, Ronaldoya 1 xal, jurnalist Rasim Mövsümov isə Modriçə 5 xal, Mbappeyə 3 xal, Salaha 1 xal verib.

Lionel Messi (Modriç - 5 xal, Mbappe - 3 xal, Ronaldo - 1 xal), Kristiano Ronaldo (Varan - 5 xal, Modriç - 3 xal, Qrizman - 1 xal) və Luka Modriç də (Varan - 5 xal, Ronaldo - 3 xal, Qrizman - 1 xal) səsvermədə iştirak ediblər.

Qurban Qurbanov FİFA-nın ilin ən yaxşı baş məşqçisini müəyyənləşdirmək üçün keçirdiyi səsvermədə Didye Deşama (5 xal), Zinəddin Zidana (3 xal) və Xosep Qvardiolaya (1 xal) səs verib.

Qeyd edək ki, Ronaldo və Messi mükafatlandırma mərasimində iştirak etməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti