Azərbaycanda 2018-2021-ci illərdə mallar (işlər, xidmətlər) üzrə dövlət tərəfindən tarif (qiymət) tənzimlənməsi siyasətinin prioritet istiqamətləri açıqlanıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Sənəddə vurğulanıb ki, qeyd edilən dövrdə tariflərin dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, tariflərinə dövlət tənzimlənməsi tətbiq olunan sahələrin tədricən liberallaşdırılması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, tarifləri tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi, dövlət dotasiyasının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !