Vaxt tapıb kollektivimizlə Azərbaycanın gözəl guşələrinə istirahət
etməyə yollananda, o yerlərin təbiətindən, məişətindən, əhalisinin yaşam
tərzindən nələri isə çəkməyə çalışıram. Bu mənə həmişə də maraqlı olub:
yeni yerləri görmək, kəşf etmək, insanlarını tanımaq.
Bu dəfə yolumuz Qusara düşdü. Gəlmişkən, buranın bazarına da baş çəkdik. Digər
bazarlardan fərqli, ayrı heç nə yox idi bu bazarda. Bütün bazarlarda
olduğu kimi burada da adi bazar həyatı öz axarında gedirdi.
Fərq yalnız
buranın nisbətən daha sakit olması, qələbəliyin də azlığında idi. Onu da
deyim ki, satıcı kişilər hər dəfə kameranın obyektivinin onlara tuşlanmasından əsəbləşir, mənə sərt-sərt baxırdılarsa,
qadınlar bir o qədər mülayimləşir, gülümsəyir, poz verir, anlamadığım dillərində şirin-şirin nə
isə başa salmağa çalışırdılar.
Fərqanə Novruzova
Fotolar müəllifindir
Bizi sosial şəbəkələrdə izləyin !