Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterre Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakti" adlandırıb. Bu barədə BMT-nin rəhbəri jurnalistlərə açıqlamasında deyib.
"Biz çoxlu sayda insan itkisi üçün yas tuturuq və faciəvi ölənlərin sayı artmaqda davam edir. Minlərlə bina dağıdılıb. On minlərlə insan soyuq qış şəraitinə məruz qaldı. Məktəblər və xəstəxanalar dağıdılıb. Uşaqlar çox travma keçirirlər. Bu, dövrümüzün ən böyük təbii fəlakətlərindən biridir.
Quterreş əlavə edib ki, hazırda humanitar böhranla üzləşən Suriyanın şimal-qərbində baş verən zəlzələdən sonra insanlar "kabus ardınca kabus” yaşayırlar.
BMT-nin baş katibi deyib ki, Türkiyə on ildən artıqdır ki, 3,6 milyon suriyalı qaçqına ev sahibliyi etməklə "görünməmiş səxavət” nümayiş etdirir. "Əsrin fəlakəti”ndən sonra BMT "Türkiyə hökumətinə istənilən yardımı göstərməyə hazırdır”.
Beynəlxalq ictimaiyyəti milyonlarla qaçqına göstərdiyi "dəstək və səxavəti” Türkiyə və Suriya xalqına da göstərməyə çağıran baş katib deyib ki, indi Türkiyə və Suriya xalqını dəstəkləməyin vaxtıdır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !