BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

08:24 | 20.04.2024
BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırır.Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

Baş katib Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışladığını bildirib.

"Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM