Qız özünü 16-cı mərtəbədən atdı

12:00 | 05.04.2015
Qız özünü 16-cı mərtəbədən atdı

Qız özünü 16-cı mərtəbədən atdı

Bu gün səhər saatlarında intihar hadisəsi baş verib.

Hadisə şahidlərinin ANS PRESS-in qaynar xəttinə verdikləri məlumata görə, Həzi Aslanov metrosu yaxınlığında gənc qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.

Hadisə Məhəmməd Hadi küçəsi 73 ünvanında yaşanıb. Şahidlər dəhşətli hadisənin təxminən 15-20 dəqiqə əvvəl özünü yerə atdığını deyirlər. 

Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir. 

Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır. 

Qadının nə səbəbdən intihar etdiyi bilinmir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM