• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Qızıl suyunun QIZIL FAYDALARI

Qızıl suyunun QIZIL FAYDALARI
24.11.2014 12:50
Qızıl suyundan hələ eramızdan əvvəl Hindistanda Ayurveda təbabətində geniş istifadə olunub. Sonralar qızıl suyu ilə müalicə elə bu günə qədər də Avropada da böyük populyarlıq qazanıb. Modern.az-ın məlumatına görə, orta əsrlərdə ağır infeksion xəstəlikləri, siflis və vərəm xəstəliklərini qızıl suyu ilə müalicə ediblər.Qızıl suyu bir çox xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunur. O cümlədən aşağıda göstərilən problemlərin həllində bu möcüzəvi su öz bəhrəsini verir:Ürək xəstəlikləriRadikulitOsteoxondrozTənəffüs xəstəlikləriMədə-bağırsaq xəstəlikləriDəmir defisitli anemiyaQıcolmalarƏzələ ağrılarıRuh düşkünlüyüEpilepsiyaSonsuzluqQaraciyər xəstəlikləriCinsi zəiflikBunlarla yanaşı qızıl suyu orqanizmin immun sistemini gücləndirir, sinir sisteminə müsbət təsir göstərir, yaddaşı yaxşılaşdırır, zehni fəaliyyəti daha məhsuldar edir.Qızıl suyunun faydalarından tam bəhrələnmək üçün onun hazırlanma qaydalarına düzgün riayət edilməlidir. Bu suyu hazırlamaq çox sadə olsa da hazırlanma prosesinə xüsusi diqqət yetirilməlidir.Qızıl suyunu hazırlamaq üçün 5 qram qızıl lazımdır. Üzərində heç bir daş-qaş olmamalıdır. Qızılın əyarı nə qədər yüksək olsa bir o qədər yaxşıdır. Məlum olduğu kimi ziynət əşyası kimi satılan qızıllara müxtəlif metallar qatılır. Buna görə qızıl suyunu hazırlamazdan əvvəl nəzərdə tutduğunuz qızılı bir neçə saat essensiyada saxlayın. Sonra yuyub 200 qram suyun içərisinə atın və qaynadın. Su yarıya çatana qədər qaynamalıdır. Bununla da qızıl suyu hazırdır. Hər gün 3 dəfə 1 xörək qaşığı 10 gün müddətində qəbul edilməlidir. İldə iki dəfə kursu təkrar etməklə qızıl suyunun faydalarından daha çox yararlanmaq olar.Qızıl suyundan kosmetik vasitə kimi də istifadə edilir. O bütün dərilər üçün münasibdir. Əgər qızıl suyu quru dəriyə çəkilərsə dəri nəmlənər, əgər yağlı dəri üçün istifadə edilərsə dəri öz normal vəziyyətinə düşər.Qızıl suyundan istifadə etməzdən əvvəl qızıla qarşı allergiyanızın olub-olmamasını mütləq nəzərə alın.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda zəlzələ olub
Cəmiyyət 08:56
İranda zəlzələ olub
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub
Cəmiyyət 00:30
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub
Zuğulba şosesində maşın yanıb
Cəmiyyət 20:50
Zuğulba şosesində maşın yanıb
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
Cəmiyyət 20:20
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
26 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 20:04
26 nömrəli marşrutun avtobusları yenilənir
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:02
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:42
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah 41° isti olacaq
Cəmiyyət 12:37
Sabah 41° isti olacaq
Odlar Yurdu Universitetinin nümayədə heyəti Çində səfərdə olub
Cəmiyyət 12:27
Odlar Yurdu Universitetinin nümayədə heyəti Çində səfərdə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol