Ötən gün olduğu kimi bu gün də neftin dünya bazarlarında qiyməti qismən düşüb.
ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.
Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.48 dollar (0.80%) azalaraq 59.15 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.32 dollar (0.48%) ucuzlaşaraq 66.46 dollar olub.
Dünya bazarında qızılın ucuzlaşması da davam edir. COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 7,90 dollar ucuzlaşaraq 1 174,50 dollara, gümüş isə 0,02 dollar ucuzlaşaraq 16,14 dollara satılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !