ANS PRESS-in məlumatına görə, 26 yaşlı Yamini Karanam adlı qızın nitqində qüsur olub. Buna görə o, müayinə olunub və həkimlər onun beynində şiş olduğunu müəyyən ediblər. Şişi götürmək üçün əməliyyat olunan qızın beynindən çıxan isə embrionik əkizi - teratom olub. Teratomun üzərində sümük, saç və dişlər də olub.
Yaminini əməliyyat edən cərrahlar 7 min beyin əməliyyatında cəmi 2 teratoma rast gəlindiyini və bunun çox nadir hal olduğunu bildirib. Həmçinin qeyd edilib ki, teratomlarda saç, diş və sümükdən başqa nadir hallarda göz, əl və ayaq kimi orqanlar da olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !