Rafiq Cəlilov: “İlk dəfə Bakının elektron kadastr məlumat bazası yaradılıb”

10:39 | 23.09.2015
Rafiq Cəlilov: “İlk dəfə Bakının elektron kadastr məlumat bazası yaradılıb”

Rafiq Cəlilov: “İlk dəfə Bakının elektron kadastr məlumat bazası yaradılıb”

Bu gün "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi: görülmüş işlər və nailiyyətlər” layihəsinin başa çatması ilə əlaqədar ictimai təqdimat keçirilib.

ANN.Az xəbər verir ki, layihə Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan hökümətinin  Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilib. Tədbirdə komitənin əməkdaşları, Maliyyə, Ədliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin,  Dünya Bankının Bakıya gəlmiş missiyasının nümayəndələri, cəlb olunmuş partnyor təşkilatlar və media nümayəndələri iştirak ediblər.
 
 

Tədbir 2007-ci ildən etibarən həyata keçirilən və bu il yekunlaşan layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı, dövlət əmlakının idarə edilməsi və reyestri, torpaq kadasrtı, informasiya - kommunikasiya sistemlərinin qurulması, modern idarəetmə, hüquqi maarifləndirmə, daşınmaz əmlakın monitorinqi və qiymətləndirilməsi ilə bağlı görülmüş işlər və əldə olunmuş nailiyyətlərə həsr olunub. 

ƏMDK-nin sədr müavini Rafiq Cəlilov prezidenti İlham Əliyevin bu ilin may ayında ƏMDK-nin yeni əsasnaməsini təsdiq edən fərman imzaladığını vurğulayıb. Onun sözlərinə görə, yeni əsasnamə ilə Azərbaycan Respublikasında mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsiplərinin tətbiqi, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə vahid mərkəzdən nəzarətin keçiuilməsi təsbit olunub. Bununla da, əmlak-torpaq idarəçiliyi, eləcə də mülkiyyət məsələlərində dövlət və vətəndaş mənafelərinin təmin olunması sahəsində yeni mərhələnin əsası qoyulub. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi daşınmaz əmlakın qeydiyyatında rahatlıq, operativlik və şəffaflığın kifayət qədər yüksəlməsinə səbəb olub.

Sədr müavini daha sonra əlavə edib ki, artıq komitə  "Torpaqların Elektron kadastr Uçotu Sistemi”nin yaradılması istiqamətində işlərə başlayıb: "Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir. Bu il Bakı şəhərinin elektron kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutan layihədə yekunlaşıb. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bakı şəhərindən əvvəl isə Sumqayıt şəhərinin də elektron kadastr məlumat mərkəzi yaradılmışdı. Torpaqların uçotu sistemi və Bakı Kadastr layihəsi Milli Məkan Məlumatları İnfrastrukturunun tərkib hissəsidir”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM