Rafiq Tağı anılacaq

17:37 | 21.11.2014
Rafiq Tağı anılacaq

Rafiq Tağı anılacaq

Bir qrup gənc yazıçı, publisist Rafiq Tağının məzarını yad edəcək.

ANN.Az Qaynar.info-ya istinadən xəbər verir ki,  anım mərasimi “Dalğa” Gənclər Hərəkatının təşkilatçılığı ilə baş tutacaq. Gənclər 23 noyabr saat 13:00-da mərhum yazıçının məzarında (Qurd qapısı yaxınlığında) onu yad edəcəklər. Anım mərasimindən yazıçının ailə üzvləri və yaxınları iştirak edəcək. Məzarlığı tanımayanlar, saat 12:30-da Elmlər Akademiyası metrostansiyasının girişində olmaları xahiş edilir. Hərəkatın yaydığı məlumatda daha sonra qeyd edilir ki, həmin gün gənc aktivist Aygül Pəncəliyevanın yeni nəşr olunmuş "Modernizm, İnsan hüquqları və Demokratiya haqqında xülasə" adlı kitabı saat 15:00-da "Yeraltından kitablar" book cafe - də təqdimatı olacaq. Anım mərasimindən sonra hər kəsi bu təqdimatda iştirak etməyə dəvət edirik. Rafiq Tağı 2011-ci il noyabrın 19-u axşam Bakıda, işdən qayıdarkən evinin yaxınlığında bıçaqlanıb. Naməlum şəxs ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı vəziyyətdə özünü evə çatdıran Rafiq Tağı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada o, əməliyyat olunub. Lakin noyabrın 23-də Rafiq Tağı Bakının 1 saylı xəstəxanasında keçinib. İndiyədək Rafiq Tağının ölümünə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür