"Rahat" marketlər şəbəkəsi daha bir aksiyaya start verib.
ANN.Az "Report"a istinadən xəbər verir ki, marketlər şəbəkəsi hər həftənin 3-cü günü Bakı şəhərində yerləşən bütün filiallarında "Xalq Günü" yarmarkası təşkil edir.
Yarmarka günü 3000 müxtəlif çeşiddə məhsullara endirimlər olunur və hədiyyəli aksiyalar tətbiq edilir. Endirimdə olan malların sırasına ət məhsulları, süd və süd məhsulları, yağlar və digər gündəlik tələbat məhsulları da daxildir.
Qeyd edək ki, yarmarka zamanı bir sıra məhsullar müştərilərə maya qiymətindən aşağı qiymətə təklif olunur.
5 oktyabrda, yəni aksiyanın ilk günündə marketlər şəbəkəsi minlərlə müştərisini qəbul edib. Müştərilər tədbirlə əlaqədar sorğu keçirən əməkdaşımıza yarmarka ilə bağlı öz razılıqlarını bildiriblər.
Onu da qeyd edək ki, son zamanlar bir sıra marketlərdə eyni malın rəfdə və kassada fərqli qiymətə olma problemi haqlı olaraq ictimaiyyətin narahatlığına səbəb olur. Bu cür xoşagəlməz halların aradan qalxması üçün "Rahat” market rəhbərliyi bir sıra qətiyyətli addımlar atıb. Belə ki, şəbəkənin bütün filiallarında "eyni barkodda və eyni adda olan məhsulun rəf və kassa qiymətlərində fərq yaranarsa, müştəri daha ucuz olanı ödəyir” mətnli elan diqqətimizi çəkdi.
"Rahat” marketlər şəbəkəsində gördüyümüz digər elan isə marketin satdığı məhsulun keyfiyyətinə əminlik nümayiş etdirirdi. Elanı olduğu kimi sizə təqdim edirik:
"Seçdiyiniz məhsulun istifadə müddətinin keçmiş olduğunu aşkarlasanız, o zaman eyni məhsulun yenisinin 10 mislinin sizə pulsuz verilməsini mağaza müdirindən tələb etməyinizi xahiş edirik”.
"Rahat” marketlər şəbəkəsi hamını yarmarkada iştirak etməyə dəvət edir.
Ətraflı məlumat almaq üçün *5551 qaynar xəttinə zəng edin.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !