Rail Məlikov "Dənizlispor"a qayıda bilər. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Komandanın baş məşqçisi Özcan Bizati vaxtı ilə komandada oynamış Raili baxışdan keçirmək istəyir. Bunun səbəbi onun zədədən sonra hansı vəziyyətdə olduğunu görməkdi: "Hər bir futbolçu zədələnə bilər. Məlikov durumunun yaxşı olduğunu deyib. Bir müddət hazırlıqlarımıza qatılacaq. Yaxşı olduğunu görsək, müqavilə bağlayacağıq".Qeyd edək ki, Rail 2012/13 mövsümdə "Dənizlispor"da çıxış edib və 25 oyun keçirib. O, ötən mövsüm Türkiyədən ayrılaraq "Qəbələ"yə keçmişdi.ANN.AZ
Bizi sosial şəbəkələrdə izləyin !