• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ramazan bayramında dəmiryolu gücləndirilmiş iş rejimində işləyəcək

Ramazan bayramında dəmiryolu gücləndirilmiş iş rejimində işləyəcək
10.07.2015 10:35
Ramazan bayramı günlərində dəmiryolu gücləndirilmiş iş rejimində işləyəcək.
 
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumatda bildirilir.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Ramazan bayramı ərəfəsində gucləndirilmiş iş rejimi ilə işləyəcək.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəlcədən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol