Ramil Quliyev qızıl medalı vəfat edən atasına həsr etdi

09:59 | 14.08.2017
Ramil Quliyev qızıl medalı vəfat edən atasına həsr etdi

Ramil Quliyev qızıl medalı vəfat edən atasına həsr etdi

Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyev dünya çempionatında qazandığı qızıl medalı mərhum atasına həsr edib.

"İhlas" xəbər agentliyin müsahibəsində o deyib ki, məhz atasının istəyi ilə hazırda yarışdığı idman növünü seçib: "Ona qədər başqa idman növləri ilə məşğul olmuşdum. Bir gün atam məni yüngül atletika məşqinə gətirdi. Elə ilk gündəcə məşqçi dedi ki, sabah yarış var, iştirak edəcəksən. Cavab verdim ki, axı təzəyəm, yarışda necə iştirak edə bilərəm. Soruşdu ki, qaça bilirsən, "hə" dedim. Beləliklə, ertəsi çıxıb yarışda qaçdım və qalib oldum. Onda düşündüm ki, bu nə asan idman növüdür. Sonra yüngül atletikaya davam etdim".


Ramil Quliyev deyib ki, atası onun ən böyük azarkeşi və ilk məşqçisi olub: "Qızıl medalı ona həsr edirəm. Mən onu 2010-cu ildə itirdim. O hər zaman inanırdı ki, mən dünya çempionu olacağam".





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM