Ramil Şeydayev: "Rəşad Sadıqov milli komandaya kömək edə bilər"

19:00 | 18.02.2020
Ramil Şeydayev:

Ramil Şeydayev: "Rəşad Sadıqov milli komandaya kömək edə bilər"

"Milli komandanın baş məşqçisinin yerli və əcnəbi olmasının mənim üçün fərqi yoxdur. Futbolçuyam, mənim işim futbol oynamaqdır. Baş məşqçi nə deyəcəksə, meydanda onu yerinə yetirməyə çalışacağam".


"Report"un məlumatına görə, bu fikirləri "Sabah"a keçən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev İctimai televiziyada yayımlanan "Bol İdman" verilişində deyib.


24 yaşlı hücumçu bildirib ki, baş məşqçinin əlində hansı futbolçuların olması da nəzərə alınmalıdır: "Məndən soruşularsa, yığma kimi baş məşqçi görmək istəyirəm. Rəşad müəllimi (Rəşad Sadıqov) milli komandada görmək istərdim. Ona müraciət edirəm. Karyeranı bitir və milliyə gəl".(gülür)


Forvard "Rəşad Sadıqov hansı xüsusiyyətlərinə görə millidə baş məşqçi ola bilər" sualına isə belə cavab verib: "Fikrimcə, Rəşad Sadıqov müasir futbolu yaxşı bilir, futbola müasir baxışı var və gəncdir. Bir çoxları deyirlər ki, Rəşadın təcrübəsi yoxdur. Düşünürəm ki, Sadıqov milli komandaya kömək edə bilər".


Qeyd edək ki, Ramil Şeydayev mövsümün sonuna kimi "Sabah"da çıxış edəcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM