Ramil Usubov cinayət-axtarış şöbəsinin rəisini işdən çıxartdı - YENİ TƏYİNAT

12:50 | 29.11.2014
Ramil Usubov cinayət-axtarış şöbəsinin rəisini işdən çıxartdı - YENİ TƏYİNAT

Ramil Usubov cinayət-axtarış şöbəsinin rəisini işdən çıxartdı - YENİ TƏYİNAT

Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub.

ANN.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu  Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür