Ramil Usubov “qara polkovnik”in xanımının zərərini ödətdirir

14:31 | 27.08.2014
Ramil Usubov “qara polkovnik”in xanımının zərərini ödətdirir

Ramil Usubov “qara polkovnik”in xanımının zərərini ödətdirir

"Qapa polkovnik" kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun həyat yoldaşı Eleonora Hüseynovanın Daxili İşlər naziri Ramil Usubova müraciəti nəticəsini verib

İnterpress.az xəbər verir ki, torpaq sahəsi əlindən alınmış E.Hüseynova bu işdə günahkarlardan biri kimi DİN əməkdaşı, polkovnik Qubadov Asif Səmədəli oğlundan şikayətlənib. Müraciətdən sonra nazir Ramil Usubovun tapşırığına əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polkovnik Asif Qubadovla bağlı istintaq başlayıb. Bundan sonra A.Qubadov həm E.Hüseynova, həm də digər zərərçəkən Leyla Əliyevaya müraciət edərək zərərin ödənilməsinə yardımçı olacağını bildirib. Beləliklə, hər iki şəxsin əlindən alınaraq DİN polkovnikinə satılan torpaq sahələrinin pulu onlara qaytarılacaq. E.Hüseynovanın vəkili Kamandar Nəsibov məlumatı İnterpress.az-a təsdiqləyib. Vəkilin sözlərinə görə, torpaq sahələrini DİN polkovnikinə satan dəllal pulun ödənilməsi üçün oktyabrın 10-dək möhlət istəyib: “Həmin müddətə qədər polkovnikin xanımına və digər zərərçəkənə ödəniş ediləcək. Əks təqdirdə həmin şəxsə qarşı hətta həbs qətimkan tədbiri seçilə bilər”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür