Ramil Usubovdan daha bir yeni təyinat

14:00 | 21.11.2014
Ramil Usubovdan daha bir yeni təyinat

Ramil Usubovdan daha bir yeni təyinat

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Lətif Cahangirov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, 11-ci polis bölməsinin rəisi polkovnik-leytenant Anar Həsənov az öncə vəzifəsindən azad edilərək sərəncama göndərilmişdi. Bu məlumatı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən təsdiqlədilər. Növbətçi hissədən verilən məlumata görə, artıq Lətif Cahangirov yeni vəzifəsini icra edir.

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür